Mehriban Əliyeva Yasamal rayonunda yeni inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
03.10.2014Oktyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Yasamal rayonunda yeni inşa edilmiş körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər.
Mehriban Əliyeva və Leyla Əliyeva körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar.
Tikinti işlərinə cari ilin mayında başlanılmış bağçada uşaqlar üçün hər cür şərait yaradılıb. Üçmərtəbəli körpələr evi-uşaq bağçası 100 yerlikdir. Binada təhlükəsizlik məqsədilə 16 müşahidə kamerası qurulub. Bağça uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb. Bağçanın həyətində xüsusi istirahət guşələri də qurulub.