İsveçrəyə səfər

2019-cu il yanvarın 22-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İsveçrə Konfederasiyasında səfərdə olub.

“Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya

Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər.

Dövlətimizin başçısı auditoriyanın suallarını cavablandırıb.

Sessiyanın digər iştirakçıları - Ümumçin Sənaye və Ticarət Federasiyasının sədr müavini Vanq Yonq-qinq, “China Poly Group” Korporasiyasının sədri Su Niansha və Sinqapurun maliyyə naziri Henq Svi Keat mövzu ilə bağlı müzakirələrdə iştirak ediblər.

22 yanvar 2019-cu il