AZ
EN РУ
  • BİOQRAFİYA
    • Mükafatlar

    • Məqalələr
  • FƏALİYYƏT
    • Tədbirlər
    • Çıxışlar

    • Görüşlər
    • Müsahibələr

    • Səfərlər
  • QALEREYA
    • Foto
      • Portret
      • Ailə
      • Anlar
    • Video

UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis ilə görüş

16.03.2017

Martın 16-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda iştirak edən UNESCO-nun xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis ilə görüşüb.

Qonaq Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edib. Azərbaycan ilə Yunanıstan arasında sosial, təhsil, səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdiyini deyən Marianna Vardinoyannis Mehriban Əliyevanın 2014-cü ildə Yunanıstana səfərini məmnunluqla xatırladıb. O, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün yaradılan mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Qonaq bu sahədə təcrübə mübadiləsinin vacibliyini və gələcəkdə əlaqələri daha da genişləndirməyin mümkünlüyünü vurğulayıb. O, Azərbaycanın Birinci vitse-prezidentini Azərbaycan ilə Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün ölkəsinə səfərə dəvət edib.

Dəvətə görə təşəkkürünü bildirən Mehriban Əliyeva Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə inkişaf etdiyini bildirib. Mehriban Əliyeva Yunanıstana səfərini məmnunluqla xatırlayıb, bu ölkədə Heydər Əliyev Fondunun təşkil etdiyi konsert proqramının maraqla qarşılandığını qeyd edib və bunun Azərbaycan mədəniyyətinin Yunanıstanda təbliği sahəsində mühüm rol oynadığını vurğulayıb.

Foto

Video

01:15
  • Tədbirlər
  • Görüşlər
  • Səfərlər
  • Çıxışlar
  • Müsahibələr
26.02.2026
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
16.10.2025
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanda Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa işləri ilə tanış olub
16.10.2025
Vatikanda Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılışı olub
06.03.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub
06.03.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə aparılan təmir-bərpa işləri ilə tanış olub
07.02.2025
Prezident İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib
27.02.2026
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
17.10.2025
Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşü olub
17.10.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
16.10.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb
07.05.2025
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşü olub
05.05.2025
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb
16-18 aprel 2026-cı il
Türkiyəyə səfər
6 aprel 2026-cı il
Gürcüstana səfər
15-16 fevral 2026-cı il
Serbiyaya səfər
13-14 fevral 2026-cı il
Almaniyaya səfər
19-22 yanvar 2026-cı il
İsveçrəyə səfər
16-17 oktyabr 2025-ci il
Vatikana səfər
12.11.2024
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
11.02.2021
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edib
30.12.2019
Uşaqlar üçün ənənəvi bayram şənliyi
23.11.2019
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu
23.11.2019
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimi olub
25.10.2019
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları Heydər Əliyev Mərkəzində olublar
22.10.2020
Trend informasiya agentliyinə müsahibə
24.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva TASS agentliyinə, “Rossiya 24” telekanalına və “Rossiyskaya qazeta”ya müsahibə verib
27.02.2017
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 24” telekanalına müsahibə verib
26.02.2017
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 1” telekanalına müsahibə verib
11.04.2015
TASS agentliyinə müsahibə
11.04.2015
“Rossiya-24” kanalına müsahibə
Müəllif hüquqları qorunur © 2026