Türkiyəyə səfər
2015-ci il noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər ediblər.
Antalyanın beynəlxalq aeroportunda Azərbaycan Prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Antalyada Əlillərin Bərpa Mərkəzi ilə tanışlıq
Noyabrın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin Antalya şəhərində Əlillərin Bərpa Mərkəzi ilə tanış olub.
Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı Əlillərin Bərpa Mərkəzində Türkiyənin birinci xanımı Əminə Ərdoğan qarşılayıb.
Mehriban Əliyeva, qızı Leyla Əliyeva, Cənubi Afrika Respublikasının birinci xanımı Tobeka Madiba Zuma, Zimbabvenin birinci xanımı Qreys Muqabe, Malayziya Baş nazirinin xanımı Rosma Mansor və digər qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olublar. Sonra qonaqlar mərkəzdə tədris prosesi ilə maraqlanıblar və uşaqların əl işlərinə baxıblar.
Ali qonaqların şərəfinə nahar
Noyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə nahar verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva naharda iştirak ediblər.
Nahardan sonra ənənəvi türk əl sənətləri olan ebru və şüşə işləmələrindən nümunələr nümayiş etdirilib. Mehriban Əliyeva ebrulardan birinin hazırlanması prosesində iştirak edib.
“Biznes-20”/“Qadınlar-20” birgə sessiyası
Noyabrın 15-də “Böyük İyirmiliyin” Antalyada keçirilən Sammiti çərçivəsində “Biznes-20”/“Qadınlar-20” (“Business-20”/“Women-20”) birgə sessiyası təşkil olunub.
Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak ediblər.
Tədbirdə əvvəlcə qaçqın qadınların problemlərinə həsr edilən videoçarx nümayiş olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan sessiyada çıxış edib.
Sessiyada digər çıxış edənlər milliyyəti və sərhədi olmayan terrorun yaratdığı təhlükələrin aradan qaldırılmasında dünya xalqlarının birgə fəaliyyətlərinin zəruriliyindən danışıblar.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan Mehriban Əliyevanı və qızı Leyla Əliyevanı yola salıb.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüş
Noyabrın 15-də Antalyada Mehriban Əliyevanın Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşü olub.
Azərbaycanın və Türkiyənin birinci xanımlarının qızları Leyla Əliyeva və Sümeyye Ərdoğan görüşdə iştirak ediblər.
Birinci xanımların şərəfinə nahar
Noyabrın 15-də Türkiyənin birinci xanımı Əminə Ərdoğanın adından “Böyük İyirmiliyin” Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin xanımlarının şərəfinə nahar verilib.
Mehriban Əliyeva və qızı Leyla Əliyeva naharda iştirak ediblər.
Türkiyə Baş nazirinin adından ali qonaqların şərəfinə qəbul
Noyabrın 15-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun adından “Böyük İyirmiliyin” Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə qəbul təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva qəbulda iştirak ediblər.
“G20”-“Yurd” mədəni ərazisində sərgi
Noyabrın 16-da Mehriban Əliyeva Antalyada “G20”-“Yurd” mədəni ərazisində yaradılan sərgi ilə tanış olub.
Mehriban Əliyevaya, Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğana, Sammitdə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin xanımlarına sərgi barədə məlumat verilib.
Mədəni ərazidə Cəlaləddin Rumi və Yunus Əmrə irsini nümayiş etdirən tolerantlıq bölməsi, “Türk qəhvəsi mədəniyyəti” sərgisi, ebru sənəti nümunələri, ipək geyimlər, türk mətbəxini təbliğ edən təamlar və s. nümayiş olunub.
14-16 noyabr 2015-ci il