Rusiyaya səfər

2015-ci il mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gediblər.

Moskvanın Vnukovo-2 hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Moskvada Qələbənin 70 illiyi münasibətilə keçirilən bayram tədbiri

Mayın 9-da Moskvada 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə bayram tədbirləri keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram tədbirlərində iştirak ediblər.

Dövlət başçısını və xanımını Kremldə Rusiya Prezidenti Vladimir Putin qarşılayıb.

Sonra hərbi parad keçirilib. Parada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları da qatılıb.

Hərbi paraddan sonra dövlət və hökumət başçıları adından Kremlin divarı yanında, Aleksandr bağında Naməlum əsgərin məzarı önünə əklil qoyulub.

Qonaqlar Kremlin önündə xatirə şəkli çəkdiriblər.

8-9 may 2015-ci il