Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ciddə şəhərinə səfər ediblər

Aprelin 6-da Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində paytaxt Ər-Riyadda görüşlərini başa çatdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ciddə şəhərinə gəliblər.

Ciddə şəhərinin beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı və xanımı Ciddə şəhərində yüksək qonaqpərvərliklə qarşılandılar.