Macarıstana səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gəlib.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.

Macarıstanın Baş nazirinin xanımı ilə görüş

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Macarıstanın Baş naziri Viktor Orbanın xanımı Aniko Levai ilə görüşü olub.

Budapeştdə təşkil olunan rəsmi nahar

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilib.

Macarıstanın Baş naziri və Azərbaycan Prezidenti naharda çıxış ediblər.

 

29-30 yanvar 2023-cü il