AZ
EN РУ
  • BİOQRAFİYA
    • Mükafatlar

    • Məqalələr
  • FƏALİYYƏT
    • Tədbirlər
    • Çıxışlar

    • Görüşlər
    • Müsahibələr

    • Səfərlər
  • QALEREYA
    • Foto
      • Portret
      • Ailə
      • Anlar
    • Video

NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş

20.09.2018

Sentyabrın 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan Mehriban Əliyeva ölkəmizin Alyansın müxtəlif tədbirlərində iştirak etdiyini bildirib. Qeyd edib ki, 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edir, 2018-ci ilin yanvar ayından Qətiyyətli Dəstək Missiyasında Azərbaycan hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb. Ölkəmiz, həmçinin Əfqanıstanın milli ordusuna maliyyə yardımı göstərir, logistika və nəqliyyat problemlərinin həllinə kömək edir, Əfqanıstan ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edir.

NATO ilə Azərbaycan arasında yüksək səviyyəli dialoqun uğurla inkişaf etdiyindən məmnunluğunu ifadə edən Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyulunda Brüsseldə NATO Zirvə toplantısında iştirakının və Alyansın baş katibi Yens Stoltenberqlə keçirilən görüşünün ölkəmizlə təşkilat arasında ikitərəfli əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. Bildirib ki, NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün birmənalı dəstəklənməsi ölkəmizdə yüksək dəyərləndirilir. Azərbaycanın NATO-nun gender məsələlərinə, qadınlar, sülh və təhlükəsizlik mövzusuna böyük diqqətini alqışladığı vurğulanıb. “Çox xoşdur ki, bu mövzuya həsr olunan konfrans bu günlərdə Azərbaycanda keçirilib”, - deyən Mehriban Əliyeva ölkəmizdə gender bərabərliyinin dövlət siyasətinin prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, hələ 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin atdığı addımlardan biri də qadınlara seçki hüququnun verilməsi idi. “Fəxr edirik ki, hələ XX əsrin əvvəllərində Azərbaycan qadınları bir sıra inkişaf etmiş ölkələrdən əvvəl bu bərabərliyə nail olublar”, - deyən Mehriban Əliyeva müstəqilliyimizi bərpa etdikdən sonra qadınların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, parlamentdəki deputatların 17 faizini qadınların təşkil etdiyini diqqətə çatdırıb, bu göstəricinin gələcəkdə daha da artacağına ümidvar olduğunu bildirib. Ordumuzda kişilərlə yanaşı 1600 qadının xidmət göstərdiyini, Azərbaycanda əsrlərboyu qadınlara böyük hörmətlə yanaşıldığını və bu gün də bu ənənənin davam etdiyini vurğulayıb.

Azərbaycanın sülhsevər ölkə olduğunu, qonşuları və digər ölkələrlə qarşılıqlı hörmət əsasında əlaqələr qurduğunu xüsusi vurğulayan Mehriban Əliyeva buna baxmayaraq artıq 25 ildir ki, Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyimizi, beynəlxalq səviyyədə ölkəmizin ərazisi kimi tanınan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun bu siyasət nəticəsində işğal altında qaldığını, 1 milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını, münaqişə zamanı yüzlərlə azərbaycanlı qadının öldürüldüyünü, girov götürüldüyünü, Xocalı faciəsi zamanı 600-dən çox insanın, o cümlədən qadın və uşaqların vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurası 25 il əvvəl işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etsə də, bu işğalçılıq siyasəti hələ də davam edir. Münaqişənin ədalətli şəkildə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğumuzu qeyd edən Mehriban Əliyeva vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar öz doğma yurdlarına qayıtmalıdırlar və bundan sonra regionda sülh bərqərar olacaq. “Sülh, təhlükəsizlik xalqlar arasında qarşılıqlı anlaşmanı təmin edən amillərdir”, - deyən Mehriban Əliyeva NATO-nun humanitar fəaliyyətinin Azərbaycanda yüksək qiymətləndirildiyini, bu sahədə təşkilatla sıx əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırıb.

“Əmin ola bilərsiniz ki, Sizin söylədiyiniz fikirləri biz özümüz üçün qeyd etdik”, - deyən Rouz Qotemöller Azərbaycana səfərlərindən məmnunluğunu ifadə edib, Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfransın ölkəmiz üçün əlamətdar günlərdə - Azərbaycan parlamentinin 100 illiyi ərəfəsində keçirildiyini söyləyib. Bakının gözəlliyindən danışan qonaq ölkəmizin əldə etdiyi nailiyyətlərdən məmnunluğunu bildirib.

Foto

  • Tədbirlər
  • Görüşlər
  • Səfərlər
  • Çıxışlar
  • Müsahibələr
14.02.2019
Birinci vitse-prezident Mehriban Əliyeva “Xan bağı” mədəniyyət və istirahət parkında gəncəlilərlə görüşüb
14.02.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçasına baş çəkib
14.02.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində olub
14.02.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib
14.02.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki 18 nömrəli tam orta məktəbdə olub
14.02.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib
05.02.2019
Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb
16.01.2019
Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüş
18.10.2018
İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüş
26.09.2018
Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüş
26.09.2018
Roma Papası Fransisk ilə görüş
25.09.2018
İtaliya Senatının sədri ilə görüş
22 yanvar 2019-cu il
İsveçrəyə səfər
25-26 sentyabr 2018-ci il
İtaliyaya səfər
18 may 2018-ci il
Fransaya səfər
26 dekabr 2017-ci il
Rusiyaya səfər
14 noyabr 2017-ci il
Fransaya səfər
17-20 sentyabr 2017-ci il
Amerika Birləşmiş Ştatlarına səfər
25.09.2018
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ziyafət
25.09.2018
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans
18.05.2018
Parisdə Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans
05.04.2018
Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə ziyafət
30.03.2018
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi
20.03.2018
Diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüş
27.02.2017
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 24” telekanalına müsahibə verib
26.02.2017
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 1” telekanalına müsahibə verib
11.04.2015
TASS agentliyinə müsahibə
11.04.2015
“Rossiya-24” kanalına müsahibə
26.08.2014
“Baku” jurnalına müsahibə
08.05.2014
“Milli Məclis” jurnalına müsahibə
Müəllif hüquqları qorunur © 2015