Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokovanı qəbul ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun baş direktoru İrina Bokovanı qəbul ediblər.

Görüşdə İrina Bokovanın Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı yüksək qiymətləndirilib, forumun artıq ənənəvi olaraq keçirildiyi və tədbirə marağın ildən-ilə artdığı vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.