Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2004-cü il fevralın 5-7 də Rusiyada səfərdə olublar.
Fevralın 5-də Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiyanın dövlət və hökumət rəsmiləri qarşıladılar.
Rusiya Prezidentinin iqamətgahında qeyri-rəsmi görüş
Fevralın 5-də Rusiya dövləti başçısının Moskva yaxınlığındakı iqamətgahında – Novo-Oqaryovoda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-rəsmi görüşü olub.
Görüşdə Azərbaycanın və Rusiyanın birinci xanımları da iştirak ediblər.
Rusiya Prezidenti Vladimir Putin və xanımı Lyudmila Putina ilə görüş
Fevralın 6-da Böyük Kreml Sarayının Qırmızı salonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və xanımı Lyudmila Putinanın görüşü olub.
Kremlin Yekaterina salonunda Rusiya dövlətinin Prezident Heydər Əliyevi təltif etdiyi “Müqəddəs apostol Andrey Pervozvannı” ordeninin dövlətimizin başçısı İlham Əliyevə təqdim olunması mərasimi keçirildi.
Sonra Prezident İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edildi.
Rusiya Prezidentinin xanımı Lyudmila Putinanın adından Mehriban Əliyevanın şərəfinə nahar
Fevralın 6-da Mehriban Əliyeva Rusiya Prezidentinin xanımı Lyudmila Putina tərəfindən təşkil olunmuş naharda iştirak edib.
Rusiyanın məşhur Tretyakov qalereyası ilə tanışlıq
Fevralın 6-da Mehriban Əliyeva Lyudmila Putinanın müşayiəti ilə Rusiyanın məşhur Tretyakov qalereyasında olub.
Mehriban Əliyeva qalereya ilə tanışlıqdan sonra fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Moskvada uşaq klinik xəstəxanası ilə tanışlıq
Fevralın 7-də Mehriban Əliyeva Moskvadakı uşaq klinik xəstəxanasında olub.
Birinci xanım xəstəxananın korpuslarında müalicə üsulları, laboratoriyaların funksiyaları ilə tanış oldu, xəstəxanada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşdü, uşaqlarla xatirə şəkli çəkdirdi.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda görüş
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vaxtilə təhsil aldığı və dərs dediyi ali məktəbin – Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) professor-müəllim heyəti ilə görüşüb.
Prezident İlham Əliyev tədbirdə çıxış etdi.
5-7 fevral 2004-cü il